
İngiltərə Premyer Liqasında XXXVII turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, "Lester Siti" öz meydanında "İpsviç"i sınağa çəkib.
Ev sahibləri rəqibi üzərində 2:0 hesablı qələbəyə sevinib.
Bu oyun həm də ‘tülkülər’in forvardı Ceymi Vardinin komandadakı son – 500-cü matçı olub. Oyunda hesabı açan ingiltərəli hücumçu klubdakı 200-cü qoluna imza atıb.
Turun digər qaeşılaşmasında isə "Fulhem" 5 qolun vurulduğu matçda "Brentford"u səfərdə 3:2 hesabı ilə məğlub edib.
İngiltərə Premyer Liqası
XXXVII tur
18:00. “Lester Siti” - “İpsviç” - 2:0
18:00. “Brentford” - “Fulhem” - 2:3