“Yunayted” səfərdə “Nottingem Forest”lə bacarmadı
02.04.2025 - 01:10

İngiltərə Premyer Liqasında XXX tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
"Arsenal" öz meydanında "Fulhem"lə üz-üzə gəlib. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər matçında "Mançester Yunayted" səfərdə "Nottingem Forest"ə 0:1 hesabı ilə məğlub olub.
İngiltərə Premyer Liqası
XXX tur
22:45. "Arsenal" - "Fulhem" - 2:1
22:45. "Vulverhempton" - "Vest Hem" - 1:0
23:00. "Nottingem Forest" - "Mançester Yunayted" - 1:0
0
0