“Yuventus” 3 xalı 3 qolla qazanıb
07.01.2026 - 01:39
“Yuventus” 3 xalı 3 qolla qazanıb

İtaliya A Seriyasında XIX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, turun son matçında “Yuventus” səfərdə “Sassuolo”nun qonağı olub.

“Qoca sinyora” bu görüşdə inamlı qələbə qazanaraq azarkeşlərini sevindirib. Turin təmsilçisi rəqibini üç cavabsız qolla məğlub edib – 3:0.

Qeyd edək ki, bu qələbə sayəsində “Yuventus” xallarının sayını 36-ya çatdıraraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib. “Sassuolo” isə 23 xalla 10-cu yerdə qərarlaşıb.