[b] "Neftçi" klubunun sabiq futbolçusu dünyasını dəyişdi [/b]
04.03.2016 - 12:01
[b] "Neftçi" klubunun sabiq futbolçusu dünyasını dəyişdi [/b]

Azərbaycan futboluna daha bir itki üz verib. Apasport.az saytının məlumatına görə, tanınmış veteran futbolçu Yuri Kuznetsov vəfat edib.

 

O, 85 yaşında dünyasını dəyişib. 1952-55 və 1960-64-cü illərdə "Neftçi"nin heyətində çıxış edən hücumçu SSRİ yığmasında 3 qol vurub. Kuznetsov 2 dəfə - 1955 və 1959-cu ildə adı SSRİ-nin ən yaxşı 33 futbolçusu siyahısına daxil olunub.

 

SSRİ yığmasına I liqadan çağırılan ilk futbolçu kimi tarixə düşən Kuznetsov 1955-60-cı illərdə Moskva “Dinamo”sunda çıxış edib. O, 3 dəfə SSRİ çempionu olub.

 

Futbolçu karyerasını bitirəndən sonra 1988-ci ildə “Neftçi”yə baş məşqçi kimi qayıdan Kuznetsovun bu fəaliyyəti uzun sürməyib.

 

Qeyd edək ki, 2016-cı ildə “Neftçi”nin daha bir veteranı Valeri Hacıyev də vəfat edib.