Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Özbəkistanda keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadası öncəsi ölkəmizi beynəlxalq arenada təmsil edəcək kişi və qadınlardan ibarət milli komandaların üzvləri, eləcə də məşqçilər heyəti ilə görüş keçirib.
Apasport.az xəbər verir ki, görüşdə çıxış edən AŞF prezidenti Mahir Məmmədov komandaların hazırlıq prosesi ilə maraqlanıb və şahmatçıların təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Federasiya rəhbəri Azərbaycan şahmatının zəngin ənənələrə malik olduğunu xatırladaraq, hər iki komandanın Olimpiadada ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını ifadə edib.
Qeyd edək ki, bu gün qadınlardan ibarət milli komanda son təlim-məşq toplanışında iştirak etmək üçün İsmayıllı rayonunun Basqal kəndinə yollanır.
- Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
- Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək
- Kişi şahmatçılarımız Yunanıstanı böyük hesabla məğlub edib
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq