Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Apasport.az xəbər verir ki, tay-brekdə qələbə qazanan Nicat Abasov, Xaqan Əhməd, Rəhim Qasımov, Kamal Ağasiyev, Paşam Əlizadə və Rəvan Əliyev növbəti mərhələyə vəsiqə qazanıb.
Ölkə çempionatının 1/8 final mərhələsində Murad İbrahimli turnirin reytinq favoriti Şəhriyar Məmmədyarovla, Əhməd Əhmədzadə Vüqar Rəsulov, Nicat Abasov Xaqan Əhməd, Rəhim Qasımov isə Aydın Süleymanlı ilə qarşılaşacaq. Azərbaycan çempionatının ötən ilki qalibi Rauf Məmmədov Şiroğlan Talıbovla, Paşam Əlizadə Read Səmədov, Rəvan Əliyev Məhəmməd Muradlı, Eltac Səfərli isə Kamal Ağasiyevlə mübarizə aparacaq.
1/8 finaldan etibarən qadın şahmatçılar da yarışa qoşulacaq.
Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq.
- Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib
- Sərxan Həşimov ECU vitse-prezidentliyinə namizəd oldu
- Nicat Abasov: "Sanki çempionatın finalında mübarizə aparırdım"
- Ülviyyə Fətəliyeva Vyana və Bratislavada şahmatçılarla görüşüb - FOTO
- Şahmatçılarımızdan Avropa çempionatında iki medal