Azərbaycan Şahmat Federasiyasında yeniyetmələr arasında ölkə çempionatının qalib və mükafatçıları üçün master-klass təşkil edilib.
Apasport.az xəbər verir ki, tədbirə 8, 10, 12, 14, 16 və 18 yaşlılar arasında Azərbaycan çempionatının qalib və mükafatçıları qatılıblar.
Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qurumun yeniyetmə şahmatçıların inkişafına böyük önəm verdiyini və bu istiqamətdə müxtəlif layihələr həyata keçirildiyini bildirib.
İlk master-klassda milli komandanın üzvü Aydın Süleymanlı yeniyetmələrlə təcrübəsini bölüşüb. Karyerası barədə danışan yığma komandanın şahmatçısı uşaqlara yarış ərəfəsində həyəcanı unutmağın və diqqəti rəqibə yönəltməyin sirrlərindən söhbət açıb.
Şahmatda intizamın vacib olduğunu deyən Süleymanlı gərgin məşqlər zamanı düzgün istirahət etməyin önəmini vurğulayıb. Tədbirin sonunda bir neçə partiyanı təhlil edən Aydın uşaqların suallarına cavab verib.
Qeyd edək ki, Süleymanlı yeniyetmələr arasında dünya (14 yaş qrupunda) və ikiqat Avropa çempionu (8 yaşadək və 12 yaşadək), o cümlədən 16 yaşadək şahmatçıların Ümumdünya Şahmat Olimpiadasının qalibidir. Milli komandanın üzvü 2024-cü ildə Azərbaycan çempionatının qızıl medalını qazanıb.
- Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək
- Kişi şahmatçılarımız Yunanıstanı böyük hesabla məğlub edib
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq
- AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib