Azərbaycanın qadın şahmatçıları aprelin 19-da Yunanıstanın Rodos adasında keçiriləcək şəxsi Avropa çempionatında iştirak edəcəklər.
Apasport.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qitə birinciliyində Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova və Səbinə Rzalı mübarizə aparacaq.
10 turdan ibarət yarışa aprelin 29-da yekun vurulacaq.
Qeyd edək ki, 2022-ci ildə Günay Məmmədzadə Avropa çempionatında gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medal qazanıb.
- Azərbaycan şahmatçıları Avropa çempionatında liderliyi bölüşürlər - FOTO
- Təmsilçimiz Avropa çempionatında liderliyə yüksəldi
- Aydın Süleymanlı liderliyə yüksəldi - AVROPA ÇEMPİONATINDA
- Aynur Sofiyeva FIDE mükafatı ilə təltif olundu
- Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib - FOTO