Məmmədovdan 2 qələbə, 1 heç-heçə
12.06.2025 - 09:54
Londonda rapid üzrə dünya çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, dörd turdan sonra Rauf Məmmədovun çıxış etdiyi “Freedom” komandası üçüncü pillədə qərarlaşıb.
Azərbaycanlı şahmatçının özü startda iki oyun keçirərək qələbə qazanıb. "Freedom"un yeddi xalı var (qələbəyə 2, heç-heçəyə 1 xal).
Şəhriyar Məmmədyarovun çıxış etdiyi "Generation XYZA" beş xal toplayıb və hazırda 18-ci yerdədir. Komanda dörd oyunda iki qələbə qazanıb, bir dəfə heç-heçə edib və bir dəfə uduzub.
- Azərbaycan çempionu “UzChess Cup”da birinci yeri rəsmiləşdirdi
- Azərbaycanın 8 şahmatçısı İtaliyada yeniyetmələr arasında dünya çempionatında mübarizə aparacaq
- Beşinci Landau Şahmat Festivalı keçiriləcək
- FIDE Rusiya Şahmat Federasiyasının üzvlüyünü müvəqqəti dayandırıb
- 8 şahmatçımız Batumidə keçiriləcək Dünya Kubokunda iştirak edəcək
0
0