Məmmədyarovdan qələbə ilə start
08.06.2026 - 10:45
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Özbəkistanda keçirilən "UzChess Cup" ənənəvi beynəlxalq turnirə qələbə ilə start verib.
Apasport.az xəbər verir ki, ən güclülərin yarışdığı "Masters" bölümündə ölkəni təmsil edən Ş. Məmmədyarov birinci turda Hindistan şahmatçısı Vidit Santoş Gujrathiyə qalib gəlib.
Yarışın "Challenge" bölməsində Azərbaycanın iki şahmatçısı – Eltac Səfərli və Məhəmməd Muradlı da çıxış edir. Onların yarışında birinci turun partiyaları bu gün oynanılacaq.
Altı ölkənin qatıldığı beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq.
- Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
- Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək
- Kişi şahmatçılarımız Yunanıstanı böyük hesabla məğlub edib
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular
0
0