Yanvarın 31-də “Landmark” Biznes Mərkəzində kişi və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçiriləcək.
Apasport.az xəbər verir ki, ölkə şahmatında ilk dəfə Azərbaycanın bütün titullu şahmatçıları, milli komandaların üzvləri çempionatda mübarizə aparacaq.
Şahmatçıların çempionatının ümumi mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.
Reqlamentə əsasən, kişilər arasında çempionatın qalibi 20 min, qadınların turnirində birinci yerin sahibi isə 10 min manat qazanacaq.
Azərbaycan çempionatının bütün oyunları internet üzərindən canlı təqdim olunacaq.
- Azərbaycan çempionatının mükafat fondu bilindi
- Maqnus Karlsen altıncı dəfə rapid üzrə dünya çempionu oldu
- Qətərdə rapid və blits üzrə dünya çempionatı start götürüb
- Beynəlxalq yarışlarda uğurlu çıxış edən şahmatçılarımız mükafatlandırılıb - FOTO
- Şahmatçılarımız türkdilli dövlətlər arasında çempion olub - FOTO