![Şahmat üzrə ölkə çempionatında yarımfinal mərhələsinin ikinci oyunları baş tutacaq](https://apasport.az/storage/news/2025/february/11/big/67aae87214eef67aae87214ef0173925387467aae87214eed67aae87214eee.jpg)
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ikinci oyunları bu gün keçiriləcək.
Apasport.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovla, Teymur Rəcəbov Rauf Məmmədovla üz-üzə gələcək.
Ş.Məmmədyarov ilk qarşılaşmada qalib gəlib - 1:0. T.Rəcəbov isə heç-heçə edib - 0,5:0,5.
Qadınlarda Günay Məmmədzadə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva Gövhər Beydullayeva ilə görüşəcək. G.Məmmədova ötən gün qələbə qazanıb - 1:0. Digər dueldə qalib müəyyənləşməyib.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.
- Azərbaycan çempionatında 1/4 finalın cavab görüşləri keçiriləcək
- Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun 1/4 finaldakı rəqibləri bəlli olub
- Namiq Quliyev: "Teymura qarşı oyuna final matçı kimi baxırdım"
- Məmmədyarova: "Rəqibim çox güclüdür, mən isə..."
- Azərbaycan çempionatında ilk 1/4 finalçılar bəlli olub