Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığıyla yanvarın 6-da şahmat üzrə I dəstə yarışlarına start verilib.
Apasport.az xəbər verir ki, yarışın ümumi mükafat fondu 10 min manat təşkil edir.
Açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənov ilk dəfə olaraq bütün partiyaların internet üzərində canlı təqdim olunduğunu söyləyib. AŞF rəsmisi yekunda ən yüksək nəticə göstərəcək şahmatçıların Azərbaycan çempionatında mübarizə aparacağını bildirib.
Respublika Şahmat Mərkəzində təşkil edilən kişi və qadınlar arasında I dəstə yarışları Azərbaycan çempionatına seçmə xarakter daşıyır. Birinci dəstədə kişilər arasında ilk 5 yer, qadınlar arasında isə ilk 2 yer Azərbaycan çempionatına vəsiqə qazanacaq.
Kişilərin və qadınların yarışında birinci yerin sahibləri müvafiq olaraq 2500 və 1200 manat mükafat qazanacaq.
Qeyd edək ki, I dəstə yarışlarına yanvarın 14-də yekun vurulacaq. Turnirin baş hakimi Lütfiyar Rüstəmovdur.
- Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib