Azərbaycan Şahmat Federasiyasında yeniyetmələr arasında ölkə çempionatının qalib və mükafatçıları üçün növbəti ustad dərsi təşkil edilib.
Apasport.az xəbər verir ki, tədbirdə 8,10,12,14,16 və 18 yaşlılar arasında Azərbaycan çempionatının qalib və mükafatçıları iştirak edib.
Bu dəfə uşaqlar üçqat Avropa çempionu, uzun illər Azərbaycan millisinin şərəfini qoruyan Şəhriyar Məmmədyarovla görüşüb.
Şahmata gəlişindən danışan Ş.Məmmədyarov müxtəlif partiyalar nümayiş etdirib, oyun zamanı çətin vəziyyətdən çıxmaq barədə məsləhətlər verib. 3 saatlıq ustad dərsində Məmmədyarov uşaqlara müxtəlif tapşırıqlar verib və onların hazırladığı cavab variantlarını yoxlayıb.
Sonda Ş.Məmmədyarova təşəkkür edən federasiyanın baş katibi İlahə Qədimova ustad dərslərin silsilə xarakter daşıyacağını bildirib.
Qeyd edək ki, Ş.Məmmədyarov gənclər arasında ikiqat dünya çempionudu. O həmçinin dünya idmanı tarixində 2800 reytinq xalını toplayan 13 şahmatçıdan biridi.
- Beynəlxalq yarışlarda uğurlu çıxış edən şahmatçılarımız mükafatlandırılıb - FOTO
- Şahmatçılarımız türkdilli dövlətlər arasında çempion olub - FOTO
- Xankəndidə keçirilən Vüqar Həşimov Memorialının qalibi bəlli olub
- Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib - FOTO
- İranlı qrossmeyster: “Əlimdən gələni edəcəyəm”