Rumıniyada Avropa Şahmat İttifaqının rəhbər vəzifələrinə seçkilər keçirilib.
Apasport.az xəbər verir ki, təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğuyla növbəti 4 il müddətinə Avropa Şahmat İttifaqına prezident seçilib.
Ardınca vitse-prezident vəzifəsinə seçkilər baş tutub. Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq təşkilatda vitse-prezident vəzifəsinə seçilib. Ümumilikdə qurumda üç vitse-prezident çalışacaq.
Qeyd edək ki, seçkilərdə qonaq qismində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.
- Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək
- Kişi şahmatçılarımız Yunanıstanı böyük hesabla məğlub edib
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq
- AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib