73 ildən sonra uğursuz start
02.09.2023 - 16:48
"Roma" 1950-ci ildən sonra İtaliya A seriyasında ən uğursuz startını təkrarlayıb.
Apasport.az saytı xəbər verir ki, portuqaliyalı mütəxəssis Joze Mourinyonun rəhbərlik etdiyi komanda ilk 3 turda cəmi 1 xal toplayıb.
“Roma”ya “Verona” və “Milan” 2:1 hesabı ilə qalib gəlib, “Salernitana” heç-heçə edib. Bu, 1950/51 mövsümündən bəri ən pis göstəricidir. Məhz həmin mövsüm 10 qələbə qazanan “canavarlar” 8 heç-heçə və 20 məğlubiyyətə üzülüb. Sonda cəmi 28 xal toplayan paytaxt təmsilçisi B seriyasına düşüb.
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi
0
0