Almeyda  - 250
09.05.2023 - 09:58
Almeyda  - 250

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatında 250-ci oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXIII turuna təsadüf edib.

Braziliya futbolunun yetirməsi “Qəbələ” ilə ev oyununun gedişində meydana daxil olub. Ağdam klubu bu görüşdə 3:0 hesabı ilə qalib gəlib.

Riçard Premyer Liqada 2012/13 mövsümündə debüt edib. Ölkə çempionatının 11 mövsümündə iştirak edən yarımmüdafiəçi 250 matçda 46 qola imza atıb.

O, bu müddətdə iki klubun formasını geyinib. Almeyda “Qarabağ”da 230, “Zirə”də 20 dəfə şans qazanıb. Orta sahə oyunçusu bütün qollarını Ağdam klubunun heyətində vurub.
 

0