Ançelottidən “Real”da yeni rekord
13.04.2023 - 10:25
Ançelottidən “Real”da yeni rekord

Çempionlar Liqasının 1/4 final mərhələsində “Çelsi” ilə qarşılaşma “Real”ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub. 

Apasport.az saytı xəbər verir ki, Madrid təmsilçisinin 2:0 hesabı ilə qalib gəldiyi matçda 63 yaşlı italiyalı mütəxəssis klubun tarixinə düşüb. 

O, “Real”la qitənin ən mötəbər klub turnirində 47-ci qarşılaşmasında 35-ci qələbəsini qazanaraq, yeni rekord müəyyənləşdirib. Ançelotti hesabında 34 qalibiyyət olan keçmiş baş məşqçi Visente Del Boskeni (60 oyun) qabaqlayıb.  

Qeyd edək ki, 1/4 finalın Londonda keçiriləcək cavab oyunu aprelin 18-də baş tutacaq.

0