Türkiyə millisi AVRO-2024-ün seçmə mərhələsində daha bir müsbət fərqliliklə yadda qalıb.
Apasport.az xəbər verir ki, “ay-ulduzlu” komanda finallara vəsiqə qazanan komandalar arasında ən gənc heyətə malikdir.
Seçmə mərhələdə keçirilən oyunlarda ən az 15 dəqiqə meydanda olmaq şərti ilə aparılan hesablamalara əsasən qardaş ölkənin yaş həddi ortalama 25,42 yaş olub. Siyahıda ikinci yeri Fransa (25,59 yaş), üçüncülüyü isə Niderland (25,78 yaş) qazanıb. Finallara vəsizqə qazanan ən yaşlı komanda isə Slovakiya millisidir- 28,44 yaş.
Qeyd edək ki, Türkiyə millisi tarixində ilk dəfə seçmə qrup mərhələsini birinci pillədə bitirərək Avropa çempionatının finallarına vəsiqə qazanıb.
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi