Azərbaycan və İsveç milli komandaları indiyədək 4 rəsmi qarşılaşmada üz-üzə gəliblər.
Apasport.az-ın məlumatına görə, tərəflər arasında baş tutan matçlardan 3-də İsveç qalib gəlibsə, 1 görüş Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb.
İsveç Azərbaycanla oyunlarda ümumilikdə 9 qol vurub. Millimiz isə bunun cavabını 4 oyunda 3 qol vurmaqla verib.
Azərbaycan İsveçlə evdə keçirdiyi 2 oyundan 1-ni qələbə, digərini isə məğlubiyyətlə başa vurub. İsveçdə keçirilən matçların hər ikisi skandinaviyalıların qalibiyyəti ilə nəticələnib.
Qeyd edək ki, tərəflər arasında 5-ci matç bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi