Benzema Di Stefano və Raulun rekordunu qırdı
03.04.2023 - 11:54

Kərim Benzema “Real” tarixində unikal uğura imza atıb.
Apasport.az saytı xəbər verir ki, 35 yaşlı hücumçu La Liqanın "Valyadolid"lə (6:0) matçında het-trik edərək Madrid təmsilçisinin tarixində 11 mövsümdə 20 və daha çox qol vurmağı bacaran ilk futbolçu olub.
Bununla da Benzema 10 mövsümdə Madrid klubunda ən azı 20 qol vuran Alfredo Di Stefano və Raulun rekordunu qırıb.
Qeyd edək ki, 2009-cu ildən “Real”ın şərəfini qoruyan Kərim Benzema davam edən mövsümdə 30 matçda 22 qolla yadda qalıb.
- Derbi alovu “İnter”i yandırdı: "Milan"la yenə bacarmadı - - Statistika
- "Fənərbaxça" - "Qalatasaray" rəqabətində 403-cü qarşılaşma - Statistika
- "Sumqayıt" 2025-ci ildə ilk qolunu vurdu
- “Aston Villa” ispaniyalı futbolçunu transfer etmək istəyir
- “Bir axşam Masazırda”: Millimiz üçün yeni stadion - STATİSTİKA
0
0