“Real”ın La Liqada ən çox qol vuran futbolçuları siyahısında dəyişiklik olub.
Apasport.az saytı xəbər verir ki, Madrid təmsilçisinin fransalı hücumçusu Kərim Benzema komandanın bombardirləri sırasında 2-ci pilləyə yüksəlib.
35 yaşlı futbolçu buna La Liqanın XXI turunda "Elçe" ilə matçda (4:0) iki qol vuraraq nail olub. O, siyahıda Raul Qonzalesi qabaqlayıb. Benzemanın aktivində 230, “Real”ın sabiq forvardının isə 228 qol var.
“Kral klubu”nda ən çox qol müəllifi isə Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldodur. 2009-2018-ci illərdə “Real”da çıxış etmiş superulduz 311 qolla zirvədə yer alır.
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi