XXI əsrin üçüncü onilliyinin ən yaxşı bombardirləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in tərtib etdiyi siyahıda 2021 və 2022-ci illərdə bütün turnirlərdə vurulan qollar nəzərə alınıb.
Polşalı Robert Levandovski onilliyin arxada qalan hissəsində hamıdan çox fərqlənib. Onun aktivində 111 qol var.
Yalnız iki oyunçu “100”ü keçib. Bunu bacaran digər futbolçu Kilian Mbappedir. Fransalı forvard 107 qola sevinib.
Norveçli Erlinq Haland 95 qolla “üçlüy”ü qapayır. Fransalı Kərim Benzema 80, ingilıtərəli Harri Keyn 79 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, İFFHS-in cədvəlinə ən azı 50 qol vuranlar daxil edilib. Bunu 49 futbolçu bacarıb.
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi