Çempionlar Liqasında görünməmiş BOMBARDİR
08.09.2022 - 11:29
Çempionlar Liqasında görünməmiş BOMBARDİR

Robert Levandovski Çempionlar Liqası tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, polşalı hücumçu 1955-ci ildən keçirilən yarışda üç müxtəlif komandada het-trik edən ilk və yeganə oyunçudur.

O, “Barselona”nın “Viktoriya” ilə matçında (5:1) üç qol vurub. Robert bunadək Dortmund “Borussiya”sında bir, “Bavariya”da 4 dəfə eyni oyunda 3 və ya daha çox qol vurmağa nail olub. 

Çempionlar Liqası tarixində bunu bacaran olmasa da, ümumiyyətlə avrokuboklarda iki belə futbolçu olub. Ruud Hels “Feyenoord”, “Ayaks” və PSV, Samuel Etoo “Malyorka”, “Barselona” və “İnter”də fərqlənib.

Ümumilikdə Levandovski 6-cı dəfə Çempionlar Liqasında het-trik edib. Yalnız Lionel Messi və Kriştiano Ronaldo daha çox – hərəyə 8 dəfə fərqlənib.

Qeyd edək ki, polşalı karyerasında 31-ci dəfə bir qarşılaşmada minimum 3 qola sevinib.
 

0