Harri Keyn “Tottenhem”in tarixinə düşdü – YENİ REKORD
06.02.2023 - 10:41

“Tottenhem”in futbolçusu Harri Keyn klubun tarixinə düşüb.
Apasport.az saytı xəbər verir ki, 29 yaşlı ingilis hücumçu Premyer Liqada “Mançester Siti” ilə matçda fərqlənməklə buna nail olub.
“Tottenhem”də vurduğu qolları 267-yə çatdıran Keyn klubun ən çox fərqlənən futbolçusu adını ələ keçirib. Bu rekord indiyədək Cimmi Qrivziyə məxsus olub. O, 266 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, “Tottenhem” “Mançester Siti”ni Keynin vurduğu yeganə qolla məğlub edib.
- Derbi alovu “İnter”i yandırdı: "Milan"la yenə bacarmadı - - Statistika
- "Fənərbaxça" - "Qalatasaray" rəqabətində 403-cü qarşılaşma - Statistika
- "Sumqayıt" 2025-ci ildə ilk qolunu vurdu
- “Aston Villa” ispaniyalı futbolçunu transfer etmək istəyir
- “Bir axşam Masazırda”: Millimiz üçün yeni stadion - STATİSTİKA
0
0