Holan son 5 matçda 12-ci dəfə qol vurub
12.04.2023 - 01:30
Holan son 5 matçda 12-ci dəfə qol vurub

"Mançester Siti"nin futbolçusu Arlinq Holan son 5 matçda 12 qol vurub.

Apasport.az xəbər verir ki, 22 yaşlı norveçli Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda (3:0, ikinci hissə) “Bavariya”nın qapısına da yol tapmaqla belə unikal nəticəyə imza atıb.

Bundan əvvəl o, “Kristal Pelas”a 1 qol vurub, “Leypsiq”ə penta-trik, “Bernli” ilə oyunda het-trik, “Sauthempton”la oyunda dubl edib.

Qeyd edək ki, Arlinq Holan "Mançester Siti"nin heyətində 39-cu oyununa çıxıb. Onun aktivində artıq 45 qol və 5 məhsuldar ötürmə var.

0