İbrahimoviç A Seriyasında ən yaşlı qol vuran oldu - FOTO
19.03.2023 - 01:22

"Milan"ın isveçli hücumçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasında qol vuran ən yaşlı futbolçu olub.
Apasport.az xəbər verir ki, o, İtaliya çempionatının XXVII turu çərçivəsində keçirilən "Udineze" ilə səfər matçında penaltidən qol vurub.
45+4-cü dəqiqədə vurduğu qol İbrahimoviçi çempionatda fərqlənən ən yaşlı futbolçu edib. O, 41 yaş, 166 günlüyündə fərqlənmələ digər "Milan"lı Alessandro Kostakurtanın nəticəsini yeniləyib. Kostakurta 41 yaş, 25 günlüyündə qol vura bilmişdi.
Qeyd edək ki, Zlatan İbrahimoviç millimizlə AVRO-2024-ün seçmə oynu üçün də İsveç millisinə çağırılıb.
- Derbi alovu “İnter”i yandırdı: "Milan"la yenə bacarmadı - - Statistika
- "Fənərbaxça" - "Qalatasaray" rəqabətində 403-cü qarşılaşma - Statistika
- "Sumqayıt" 2025-ci ildə ilk qolunu vurdu
- “Aston Villa” ispaniyalı futbolçunu transfer etmək istəyir
- “Bir axşam Masazırda”: Millimiz üçün yeni stadion - STATİSTİKA
0
0