Laporta: Messi yeni mövsümdən “Barselona”ya qayıdacaq
17.04.2023 - 14:25
PSJ-nin futbolçusu Lionel Messi yeni mövsümdən “Barselona”nın formasını geyinəcək.
Apasport.az saytı xəbər verir ki, bunu İspaniya klubunun prezidenti Joan Laporta açıqlayıb.
O, La Liqanın "Xetafe" ilə oyunundan (0:0) öncə tribunada azarkeşlərlə foto çəkdirib. Fanatların suallarını cavablandıran Laporta argentinalının qayıdışı ilə bağlı suala müsbət cavab verib.
Qeyd edək ki, Argentina millisinin 35 yaşlı kapitanı 2004-2021-ci illərdə “Barselona”nın formasını geyinib. O, son 2 mövsümdə PSJ-nin şərəfini qoruyur.
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi
0
0