“Mançester Yunayted”dən rekordunun təkrarı
10.03.2023 - 10:23
“Mançester Yunayted” 23 ildən sonra rekordunu təkrarlayıb.
Apasport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” 2000-ci ildən bəri ilk dəfə ardıcıl 15 ev oyununda ikidən artıq qol vurub.
Bu, klubun tarixində dördüncü ən yaxşı nəticədir.
Komanda son olaraq Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda evdə "Betis"i 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, İngiltərə təmsilçisi son 7 oyunun 6-da qalib gəlib. Premyer Liqada 25 oyundan 49 xal toplayan “Mançester Yunayted” turnir cədvəlinin üçüncü pilləsində yer alır.
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi
0
0