Futbol tarixində matçın bütün dəqiqələrində qol vuran futbolçuların adları açıqlanıb.
Apasport.az saytı xəbər verir ki, indiyədək bunu cəmi 3 oyunçu bacarıb.
Bu unikal nəticəyə Kriştiano Ronaldo, Zlatan İbrahimoviç və Luis Suares nail olub. Hazırda karyeralarını davam etdirən hər üç futbolçu qollarını sıralamaqda davam edir.
Portuqaliya millisinin və ilin əvvəlində transfer olunduğu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun kapitanı olan 38 yaşlı Ronaldo 28 oyunda 14 qol və 4 assistlə yadda qalıb.
Zədələr səbəbindən davam edən mövsümdə cəmi 4 oyuna çıxan İsveç millisinin 41 yaşlı hücumçusu 1 dəfə fərqlənib.
Braziliya “Qremio”sunda oynayan 36 yaşlı uruqvaylı Luis Suares isə komandasının 15 matçında iştirak edib və 8 qol vurub.
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi