
Argentina millisini kapitanı Lionel Messi ardıcıl 16-cı dəfə bir təqvim ilində 20 qol həddinə çatıb.
Apasport.az saytının məlumatına görə, Yamaykaya 3:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə dubl müəllifi olan 35 yaşlı superulduz builki ümumi qol sayını 21-ə çatdırıb.
PSJ-nin forvardı 2007-ci ildən bəri ardıcıl olaraq hər il minimum 20 qol vurmağı bacarıb. Leo 2006-2021-ci illərdə bu nailiyyəti göstərən portuqaliyalı Kriştiano Ronaldonun rekordunu təkrarlayıb. Ronaldo 2022-ci ildə 13 dəfə fərqlənib.
Bundan başqa, Messi bu il bütün yarışlarda ümumilikdə 20 məhsuldar ötürmə verib. O, karyerasında yeddinci dəfə bir ildə “qol+ötürmə” sistemində ən azı 20+20 xal toplayıb.
- Derbi alovu “İnter”i yandırdı: "Milan"la yenə bacarmadı - - Statistika
- "Fənərbaxça" - "Qalatasaray" rəqabətində 403-cü qarşılaşma - Statistika
- "Sumqayıt" 2025-ci ildə ilk qolunu vurdu
- “Aston Villa” ispaniyalı futbolçunu transfer etmək istəyir
- “Bir axşam Masazırda”: Millimiz üçün yeni stadion - STATİSTİKA