Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-da arzuolunmaz göstərici ilə gündəmə gəlib.
Apasport.az xəbər verir ki, ulduz futbolçu Avstriya ilə J qrupunun II tur matçında penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Bununla da Messi dünya çempionatları tarixində 3 penalti qaçıran ilk futbolçu olub.
Argentinalı hücumçu daha əvvəl DÇ-2018-də İslandiya, DÇ-2022-də isə Polşa ilə oyunlarda da penalti zərbəsindən yararlana bilməmişdi.
Qeyd edək ki, Messi Avstriya ilə görüşdə sonradan fərqlənərək dünya çempionatlarındakı qollarının sayını 17-yə çatdırıb və Miroslav Klozeni geridə qoyaraq mundiallar tarixinin ən məhsuldar futbolçusuna çevrilib.