Messiyə daha bir mükafat
04.01.2023 - 11:23
İFFHS 2022-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.
Apasport.az saytının məlumatına görə, qurumun səsverməsində Lionel Messi qalib gəlib.
Argentina millisinin və PSJ-nin ulduz futbolçusu mükafatı 275 xalla qazanıb. O, klubdakı komanda yoldaşı, Fransa yığmasının hücumçusu Kilian Mbappeni böyük fərqlə qabaqlayıb. İlk “üçlüy”ü Kərim Benzama qapayıb.
1. Lionel Messi (Argentina, PSJ) - 275
2. Kilian Mbappe (Fransa, PSJ) – 35
3. Kərim Benzema (Fransa, “Real”) – 30
4. Luka Modriç (Xorvatiya, “Real”) – 15
5. Erlinq Haland (Norveç, “Mançester Siti”) - 5
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi
1
0