“Milan” Çempionlar Liqasında 11 illik həsrətə son qoyub.
Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisi 1/4 final mərhələsinə vəsiqə qazanıb.
1/8 finalın ilk oyununda evdə “Tottenhem”i 1:0 hesabı ilə məğlub edən “Milan” cavab qarşılaşmasında qolsuz heç-heçə oynayaraq uğursuz seriyasını qırıb. Onlar sonuncu dəfə 2012-ci ildə 1/4 finala yüksəlmişdilər. Həmin vaxt “Barselona”ya məğlub olan (0:0 və 0:3) komanda yarışda iştirakını başa vurmuşdu.
Qeyd edək ki, Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunları aprelin 11-12-də və 18-19-da keçiriləcək. “Milan”ın rəqibi isə püşkə əsasən bəlli olacaq.
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi