
AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa sabah çıxacaq Azərbaycan millisi tarixində 10-cu dəfə Estoniya ilə üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, indiyədək 9 dəfə qarşılaşan rəqiblərin duellərində üstünlük Baltikyanı ölkə təmsilçisinin tərəfindədir.
Azərbaycan millisi yalnız bir dəfə qalib gəlib. Bu görüş də 25 il əvvələ təsadüf edib. Son 4 qarşılaşmada isə komandamız qələbəyə həsrət qalıb.
Ümumilikdə 3 dəfə uduzan millimizin Estoniya ilə duellərinin çoxu heç-heçə ilə başa çatıb. 5 qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqində də rəqib öndədir – 9-6.
Azərbaycan – Estoniya: Bütün oyunlar
15 fevral 1996. Larnaka. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan – 0:0
1 mart 1997. Larnaka. Yoldaşlıq oyunu. Azərbaycan – Estoniya – 0:2
4 iyun 1997. Vilyandi. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan – 1:0
16 may 1998. Vilyandi. Beynəlxalq turnir. Estoniya – Azərbaycan – 0:0
28 noyabr 1998. Gəncə. Yoldaşlıq oyunu. Azərbaycan – Estoniya – 2:1
6 mart 1999. Larnaka. Yoldaşlıq oyunu. Azərbaycan – Estoniya – 2:2
3 iyul 2002. Kuressaare. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan – 0:0
15 noyabr 2013. Tallinn. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan – 2:1
17 iyun 2023. Bakı. AVRO-2024-ün seçmə mərhələsi. Azərbaycan – Estoniya – 1:1
- “Aston Villa” ispaniyalı futbolçunu transfer etmək istəyir
- “Bir axşam Masazırda”: Millimiz üçün yeni stadion - STATİSTİKA
- "Neftçi"nin 1369 günlük həsrəti bu gün sona çatacaq? - STATİSTİKA
- Qəbələ Azərbaycan futbolu tarixində: 7-ci şəhər, 12-ci stadion... - STATİSTİKA
- Tarixdə 60-cı, “Qarabağ” üçün 21-ci - Statistika