“Qarabağ”dan 9-cu start: Y/Q və ALT gözləntisi
11.07.2023 - 12:50
“Qarabağ”dan 9-cu start: Y/Q və ALT gözləntisi

Bu gün Cəbəllütariqdə “Linkoln”la qarşılaşacaq “Qarabağ” tarixində 9-cu dəfə Çempionlar Liqasında mübarizəyə başlayacaq.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Avropanın ən nüfuzlu klub turnirində 2014-cü ildə debüt edib. 

Qurban Qurbanovun yetirmələri son 10 mövsümdə yalnız bir dəfə Çempionlar Liqasından kənar qalıb. 9-cu dəfə bu turnirdə start xəttinə çıxan “Qarabağ”ın əvvəlki mövsümləri necə başlaması maraq doğurur.

Ağdamlılar startda hələ optimal formada olmadığından ilk oyunlar adətən sönük və az qollu olur. Əvvəlki 8 start matçında 5 qələbə qazanan “Qarabağ” bu görüşlərdə qapısını da toxunulmaz saxlayıb. İki heç-heçə isə qolsuz bitib. Yalnız ötən il məğlubiyyətlə başlayan çempionumuz bir qolla uduzub.

Bir sözlə, 8 oyunun 6-da komandalardan biri, ikisində heç biri qol vurmayıb. Yəni heç vaxt startda Q/Q olmayıb.

Üstəlik, 8 qarşılaşmadan yalnız ikisində 3 və ya daha çox qol vurulub. Ən azı 2 qola isə cəmi 3 dəfə rast gəlinib. Yəni, 6 dəfə 2,5 Alt, 5 dəfə 1,5 Alt, 2 dəfə 0,5 Alt qeydə alınıb.

Start oyunlarının dördü evdə, dördü səfərdə baş tutub. “Qarabağ” mövsümə rəqib meydanında başlayırsa, maksimum 1 qol vurulur. Belə matçlar ya 1:0, ya 0:1, ya da 0:0 hesabı ilə bitir. Ağdamlıların səfərdəki startında 1,5 Alt 100 faizlik göstəricidir.

2014. Valletta (Malta) - 1:0 (s)
2015. Rudar (Monteenqro) - 0:0 (e)
2016. Düdelanj (Lüksemburq) - 2:0 (e)
2017. Samtredia (Gürcüstan) - 5:0 (e)
2018. Olimpiya (Sloveniya) - 1:0 (s)
2019. Partizani (Albaniya) - 0:0 (s)
2020. Sileks (Şimali Makedoniya) - 4:0 (e)
2022. Lex (Polşa) - 0:1 (s)
 

1