"Qarabağ"ın rəqibində ciddi itki
23.10.2025 - 15:25
"Qarabağ"ın rəqibində ciddi itki

“Liverpul”un müdafiəçisi Ceremi Frimponq bir neçə həftə oyunlardan kənar qalacaq. O, UEFA Çempionlar Liqasının Frankfurt “Ayntraxt”ı ilə (5:1) qarşılaşmada start heyətində çıxış edib, ancaq matçın 19-cu dəqiqəsində əvəzlənib.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Frimponq budun arxa bağından zədə alıb və bir neçə həftə meydana çıxa bilməyəcək.

Həmin qarşılaşmada “qırmızılar”ın hücumçusu Aleksander İsak da qasıq nahiyəsindən zədələnib.

Niderlandlı müdafiəçi cari mövsümdə Premyer Liqada 4 oyunda iştirak edib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir