Qvardiola, Mourinyo, Klopp
04.09.2023 - 16:59
Alman mütəxəssis Yurgen Klopp daha bir uğura imza atıb.
Apasport.az saytı xəbər verir ki, 56 yaşlı məşqçinin rəhbərlik etdiyi “Liverpul” Premyer Liqanın IV turunu qələbə ilə başa vurub.
Bu, Kloppun “qırmızılar”ın sükanı arxasında keçirdiyi 300-cü matçda sayca 188-ci qələbəsi olub. Maraqlıdır ki, indiyədək yalnız Xosep Qvardiola (270 matçda 201 qələbə) və Joze Mourinyo (300 matçda 189 qələbə) almandan daha yaxşı nəticəyə nail ola biliblər.
Qeyd edək ki, “Liverpul” – “Aston Villa” qarşılaşması ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi
0
0