Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Premyer Liqasında bombardirliyə doğru addımlayır.
Apasport.az saytı xəbər verir ki, yanvarda “Əl-Nəsr” klubu ilə müqavilə imzalayan portuqaliyalı superulduz çempionatda keçirdiyi 5 oyunda artıq 8 dəfə fərqlənməyi bacarıb.
Hazırda ən sərrast futbolçular sırasında “beş”liyə daxil olan Ronaldo ilk pillədə yer alan komanda yoldaşı Anderson Taliskadan (15 oyun 13 qol) 5 top geri qalır.
Qeyd edək ki, 38 yaşlı oyunçunun formasını geyindiyi “Əl-Nəsr 19 oyunda topladığı 46 xalla turnir cədvəlinin ilk pilləsində yer alır. Komanda martın 9-da səfərdə “Əl İttihad”la oynayacaq.
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi