Tarixdə 3-cü: Messi 100 qol səddini keçdi
29.03.2023 - 09:39

Lionel Messi yığmada 100 qol səddini adlayan üçüncü futbolçu olub.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçu Argentina yığmasının Kurasao ilə yoldaşlıq oyununda buna nail olub.
Messi 7:0 hesablı qələbəyə üç qolla töhfə verib. Bununla da forvardın yığmadakı qollarının sayı 102-yə çatıb.
Lionelə qədər yalnız iki futbolçu “100”ü keçib. Dünya rekordu Portuqaliya millisində 122 qol vuran Kriştiano Ronaldoya məxsusdur. İranlı Əli Daei 109 dəfə fərqlənib.
Qeyd edək ki, Azərbaycan millisinin rekordçusu Qurban Qurbanovun aktivində 14 top var.
- Derbi alovu “İnter”i yandırdı: "Milan"la yenə bacarmadı - - Statistika
- "Fənərbaxça" - "Qalatasaray" rəqabətində 403-cü qarşılaşma - Statistika
- "Sumqayıt" 2025-ci ildə ilk qolunu vurdu
- “Aston Villa” ispaniyalı futbolçunu transfer etmək istəyir
- “Bir axşam Masazırda”: Millimiz üçün yeni stadion - STATİSTİKA
0
0