Yeni rekord: “Neftçi”nin 21-ci mükafatı
10.04.2023 - 10:28
Yeni rekord: “Neftçi”nin 21-ci mükafatı

Misli Premyer Liqasının 2022/23 mövsümünün sonuncu mükafatçısı da bəlli olub. 

Apasport.az saytının məlumatına görə, “Qarabağ”la “Sabah”ın ardınca “Neftçi” də “üçlük”də yerini təmin edib.

Bu, XXIX turdan sonra rəsmiləşib. Bakılılar səfərdə “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib və xallarının sayını 60-a çatdırıb.

“Ağ-qaralar” ölkə çempionatları tarixində 21-ci dəfə mükafat alacaq. Bu, yarışın tarixində yeni rekorddur. Öz göstəricisini yeniləyən “Neftçi” bunadək 20 dəfə medalçılar sırasına düşüb.

Paytaxt klubu 9 dəfə - 1992, 1995/1996, 1996/1997, 2003/2004, 2004/2005, 2010/2011, 2011/2012, 2012/2013 və 2020/2021 mövsümlərində çempion titulunu qazanıb. “Ağ-qaralar” 5 dəfə gümüş (2000/2001, 2006/2007, 2018/2019, 2019/2020, 2021/2022), 6 dəfə bürünc (1994/1995, 1998/1999, 1999/2000, 2005/2006, 2007/2008, 2017/2018) mükafat qazanıb.

Qeyd edək ki, “Neftçi” ardıcıl 6-cı mövsümü “üçlük”də bitirəcək.

0