Niderland millisi dünya çempionatları tarixində əlamətdar göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, DÇ-2026-nın F qrupunda İsveçlə keçirilən oyunda vurulan qollardan sonra "narıncılar" mundiallar tarixində 100 qol həddinə çatıb.
Yubiley qolunu hücumçu Brayn Brobbi vurub. Onun İsveç millisinin qapısından keçirdiyi 2-ci top Niderlandın dünya çempionatları tarixində 100-cü qolu kimi qeydə alınıb.
Bununla da Niderland mundiallarda 100 və ya daha çox qol vuran 8-ci yığma olub.
Bu göstəricidə ilk səkkizlik belədir:
Braziliya
Almaniya
Argentina
İtaliya
Fransa
İspaniya
İngiltərə
Niderland
Qeyd edək ki, Niderland millisi dünya çempionatları tarixində üç dəfə final oynasa da, hələlik çempionluq qazana bilməyib.