Aygül Abdullayeva Belçika və Niderlandda ölkəmizi hakim kimi təmsil edəcək
07.03.2025 - 14:16
Belçika və Niderlandda keçiriləcək taekvondo üzrə açıq çempionatlarda beynəlxalq dərəcəli referi Aygül Abdullayeva ölkəmizi hakim kimi təmsil edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
Qeyd edək ki, Niderlandın Eyndhoven şəhərindəki 52-ci açıq turnir martın 8-9-da baş tutacaq. Belçikanın Lommel şəhərindəki yarış isə martın 15-də keçiriləcək.
- Taekvondoçumuz tarixi uğura imza atıb
- Taekvondoçularımız “Türkiye Open”də iştirak edəcək
- Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar - FOTO
- İki parataekvondoçumuza “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib
- Taekvondoçularımız "Moldova Open"də 7 medal qazanıblar
0
0