Azərbaycanın 2 taekvondoçusu yeniyetmələr arasında Avropa birinciliyində bürünc medal qazanıb
29.11.2026 - 12:42
Rumıniyanın paytaxtı Buxarest şəhərində taekvondo üzrə yeniyetmələr arasında keçirilən Avropa birinciliyində Azərbaycanın 2 idmançısı bürünc medala sahib çıxıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Yarışda 29 kq çəki dərəcəsində mübarizə aparan Əsma Abdullazadə və 65 kq-da çıxış edən Yusif Nağızadə üçüncü yeri tutublar.
0
0