11 oyunda bir qələbə – Bundesliqa klubunda ayrılıq
29.11.2026 - 10:43
11 oyunda bir qələbə – Bundesliqa klubunda ayrılıq

Almaniyanın “Union Berlin” klubu baş məşqçisi Mauro Lustrinelli ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

50 yaşlı isveçrəli mütəxəssis Bundesliqanın XI turunda səfərdə “Maynts”a 1:2 hesablı məğlubiyyətdən sonra vəzifəsindən azad edilib.

Berlin təmsilçisi Lustrinellinin rəhbərliyi altında çempionatda keçirdiyi 11 oyunda cəmi bir qələbə qazanıb, dörd heç-heçə edib və altı dəfə məğlub olub.

Hazırda “Union Berlin” 7 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Mauro Lustrinelli bu ilin yayında İsveçrənin “Tun” klubu ilə çempionluq qazandıqdan sonra Berlin təmsilçisinin sükanı arxasına keçmişdi.