“Yunayted”dən tarixi antirekord
29.11.2026 - 11:56
“Yunayted”dən tarixi antirekord

“Mançester Yunayted” Premyer Liqa tarixində antirekorda imza atıb.

Apasport.az xəbər verir ki, bu İngiltərə çempionatının XII turuna təsadüf edib.

Komanda “Brentford”a 0:4 hesabı ilə məğlub olub. Bu məğlubiyyətdən sonra komandanın Premyer Liqada qələbə qazana bilmədiyi oyunların sayı 10-a yüksəlib.

Bu, klubun Premyer Liqa tarixində ən uzun qələbəsiz seriyasıdır.

“Qırmızı şeytanlar” bu müddətdə 5 heç-heçə edib, 5 görüşdə isə meydanı məğlub tərk ediblər.