Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında bürünc medal qazanıb
20.06.2026 - 11:26
Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanın daha bir taekvondoçusu Allahverdi Məmmədov (+78 kq) Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

"Atlet" klubunun üzvü gənclər arasında yarışda ikinci yeri tutub.

Xatırladaq ki, daha əvvəl ölkənin altı təmsilçisi bu yarışda mükafat qazanıb.