Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanın Astana şəhərində keçiriləcək "Altay" çempionatında (22–23 iyun), həmçinin "Kazakhstan Open" (25–27 iyun) beynəlxalq turnirində iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Komandalar yarışlara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, məşqçilər Elnur Amanov və Ayxan Tağızadənin rəhbərliyi altında yollanıb.
Gənclərdən ibarət millinin heyətində Zəhra İsayeva, Humay Dadaşova (hər ikisi 44 kq), Nilufər Borci (49 kq), Novruz Əliyev (55 kq), Adil Kazımlı (73 kq) və İsrafil Nəcəfov (78 kq) yer alıblar.
Böyüklərdən ibarət milli komandanın heyətinə isə Minayə Əkbərova (46 kq), Qaşim Maqomedov (63 kq), Vasif Səlimov (68 kq), Cavad Ağayev (74 kq), Elcan Əliyev (80 kq) və Eltac Qafarov (+87 kq) daxildir.
Qeyd edək ki, yarışlarda Azərbaycanı beynəlxalq dərəcəli referilər Gündüz Abdullayev, Aygül Abdullayeva və Ramal Camalov da təmsil edəcəklər.
- Azərbaycan Taekvondo Federasiyası növbəti dan imtahanını həyata keçirib
- Azərbaycan Taekvondo Federasiyası məşqçilər üçün seminar təşkil edib
- Parataekvondoçularımız Prezident Kubokunda 1 qızıl və 2 bürünc medal qazanıblar
- Qaşim Maqomedovdan bürünc medal
- Los-Anceles 2028 üçün: Parataekvondoçularımız Nürnberqdə yarışacaq