Bakıda ənənəvi "Koreya səfiri kuboku" keçiriləcək
01.09.2025 - 21:31
Sentyabrın 6-da Bakıda taekvondo üzrə ənənəvi "Koreya səfiri kuboku" keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyası (ATF) və Cənubi Koreyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq yarışda 2008, 2009 və 2010-cu il təvəllüdlü gənc oğlanlar və qızlar olimpiya çəki dərəcələri üzrə mübarizə aparacaqlar.
Oğlanlar 48, 55, 63, 73, +73 kq, qızlar isə 44, 49, 55, 63 və +63 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar. 35 klubdan 145 idmançının iştirak edəcəyi yarış Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda reallaşacaq.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
0
0