Bakıda Taekvondo üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək
01.09.2025 - 15:45
Sentyabrın 2-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunda pumse (taekvondo) üzrə yeniyetmələr, gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, 22 klubdan 130 idmançı aşağıdakı yaş kateqoriyaları üzrə fərdi və üçlük proqramında mübarizəyə qoşulacaqlar.
Yarışa 10.00-da start veriləcək.
Açılış mərasimi 15.00-da keçiriləcək. Ardınca yarım saat pumse çıxışları və mükafatlandırma mərasimi baş tutacaq.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
0
0